Sabahın hava proqnozu: Yağış və leysan gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu: Yağış və leysan gözlənilir

First News Media12:37 - 10 / 08 / 2026
Sabahın hava proqnozu: Yağış və leysan gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti olacaq.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər