Yeni nəsil nəzarət-kassa aparatlarının vasitəsilə qeydə alınan dövriyyə 14,7 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni nəsil nəzarət-kassa aparatlarının vasitəsilə qeydə alınan dövriyyə 14,7 faiz artıb

First News Media14:49 - Bu gün
Yeni nəsil nəzarət-kassa aparatlarının vasitəsilə qeydə alınan dövriyyə 14,7 faiz artıb

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən 1news.az-a verilən məlumata görə, indiyədək ölkə ərazisində 115 289 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 588,4 milyon manat təşkil edib.

Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 255,7 milyon manat və ya 14,7 faiz çoxdur.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər