Sinoptiklərdən xəbərdarlıq: Leysan və dolu gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq: Leysan və dolu gözlənilir

First News Media15:12 - 10 / 08 / 2026
Sinoptiklərdən xəbərdarlıq: Leysan və dolu gözlənilir

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər