Azərbaycanın dövlət büdcəsinin profisiti 3 milyard manatı keçib
Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat, xərcləri isə 20 milyard 174,4 milyon manat təşkil edib.
1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,5 % və 1,2 % çoxdur.
Son nəticədə büdcədə 3 milyard 420,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 3,3 % azdır.
51












