Sabah Bakıda 36 dərəcə isti olacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda 36 dərəcə isti olacaq - PROQNOZ

First News Media12:55 - Bu gün
Sabah Bakıda 36 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,  əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin  şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər