Bakıda oğurluq edən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğurluq edən şəxslər saxlanıldı

First News Media11:44 - Bu gün
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Xəzər rayonu ərazisində naməlum şəxs azyaşlının mobil telefonunu talayaraq ələ keçirib.
 
1news.az
xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı M.Cabbarov saxlanılıb.

Digər əməliyyat zamanı isə Xətai rayonu ərazisində sakinlərdən birinin evindən 2400 manat dəyərində qızıl-zinət əşyaları və pul vəsaiti oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər