Etna vulkanı bomba kimi püskürdü | 1news.az | Xəbərlər
Dünya

Etna vulkanı bomba kimi püskürdü

Oksana Orucova10:55 - Bu gün
Etna vulkanı bomba kimi püskürdü

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında güclü püskürmə baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, vulkanın yaratdığı kül buludu səbəbindən Kataniya hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hava limanının operatoru SAC-ın sosial media hesabında yayımlanan açıqlamaya görə, Etnadan yüksələn külün hava limanı ətrafındakı hava məkanına yayılması ilə əlaqədar gələn reyslər yerli vaxtla saat 15:00-dək dayandırılıb.

Açıqlamada vulkanik külün Kataniya hava limanında uçuş əməliyyatlarına ciddi təsir göstərdiyi bildirilib. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin vəziyyətini aviaşirkətlərdən yoxlamaları tövsiyə olunub.

Etna vulkanı təxminən 3 300 metr hündürlüyü ilə kontinental Avropanın ən yüksək aktiv vulkanı hesab olunur.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər