Kəlbəcərdə mina partlayışı: Yaralının ayağı amputasiya edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə mina partlayışı: Yaralının ayağı amputasiya edildi

First News Media10:08 - Bu gün
Kəlbəcərdə mina partlayışı: Yaralının ayağı amputasiya edildi

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda deyilir.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər