DİN: Ötən gün 52 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 52 cinayətin üstü açılıb

First News Media10:46 - Bu gün
DİN: Ötən gün 52 cinayətin üstü açılıb

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən 1news.az-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər