8 ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu 2,6 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin əsas makroiqtisadi göstəricilərin icmalında bildirilib.
Qeyd olunub ki, kənd təsərrüfatı məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artıb.
2026-cı ilin yanvar-iyul aylarında illik artım 2,8 faiz təşkil edib.
60












