Azərbaycanda informasiya və rabitə xidmətləri 11 faizə yaxın artıb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyard 748,1 milyon manatlıq informasiya və rabitə xidmətləri göstərilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin əsas makroiqtisadi göstəricilərin icmalında bildirilib.
İnformasiya və rabitə xidmətlərinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz artıb.
Yanvar-iyul aylarında isə illik artım 10,4 faiz təşkil edib.
50












