Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

First News Media11:09 - Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Sentyabrın 23-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər