Laçında dağlıq ərazidə yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında dağlıq ərazidə yanğın olub - VİDEO

1news Redaksiyası09:48 - 24 / 09 / 2026
Laçında dağlıq ərazidə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər