Suraxanıda 32 kiloqram narkotiklə saxlanılan şəxs həbs edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda 32 kiloqram narkotiklə saxlanılan şəxs həbs edildi - VİDEO

First News Media10:55 - Bu gün
Suraxanıda 32 kiloqram narkotiklə saxlanılan şəxs həbs edildi - VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Buqlov saxlanılıb. Ondan 32 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər