Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO

1news Redaksiyası10:47 - 24 / 09 / 2026
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO

Quba rayonunda torpaq sürüşməsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Rustov-Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt örtüyündə çatlar əmələ gəlib. Hazırda sürüşmənin baş verdiyi ərazidə avtomobillərin təhlükəsizliyinin təmin olunması məqsədilə xəbərdarlıqedici lentlər çəkilib.

Qeyd edək ki, sözügedən avtomobil yolu bir neçə dağ kəndini rayon mərkəzi ilə birləşdirir.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər