Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər.
1news.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sentyabrın 25-də Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif olunublar.
Belə ki, polkovnik Abbas Tofiq oğlu Abbasov “Vətən uğrunda” medalı ilə təltif edilib.
“Hərbi xidmətlərə görə” medalı ilə isə aşağıdakı hərbi qulluqçular təltif olunublar:
Polkovnik-leytenant Anar Əliağa oğlu Məmmədov;
Mayor Fariz Atabəy oğlu Əliyev;
Mayor Musa Mirzağa oğlu Hüseynov;
Mayor Vahid Vaqif oğlu Quliyev;
Mayor Seymur Kamran oğlu Şirinov.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutulmaqla imzalanıb.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 sentyabr 2026-cı il












