Döyülən 3 yaşlı uşağın anası valideynlikdən məhrum edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Döyülən 3 yaşlı uşağın anası valideynlikdən məhrum edilə bilər

First News Media14:02 - Bu gün
Döyülən 3 yaşlı uşağın anası valideynlikdən məhrum edilə bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı məlumat yayıb.

1news.az xəbər verir ki, komitə azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritet elan edib.

"Hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir".

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər