Qəzzanın yenidən qurulmasına tələb olunan məbləğ AÇIQLANDI | 1news.az | Xəbərlər
Dünya

Qəzzanın yenidən qurulmasına tələb olunan məbləğ AÇIQLANDI

Oksana Orucova16:27 - Bu gün
Qəzzanın yenidən qurulmasına tələb olunan məbləğ AÇIQLANDI

BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) Qəzzanın bərpası və yenidən qurulması üçün 71,5 milyard dollar vəsaitə ehtiyac olduğunu açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, UNCTAD-ın Fələstin iqtisadiyyatına dair hesabatında bildirilir ki, 2026-cı ilin əvvəlinə Qəzzada fiziki infrastrukturun zərəri 35,2 milyard, iqtisadi və sosial itkilər isə 22,7 milyard dollar qiymətləndirilir.

Hesabata görə, 2023-cü ilin oktyabrından etibarən Qəzzada iqtisadi müəssisələrin 92 faizi zərər görüb və ya dağılıb. İşsizlik 78 faizə çatıb, əmək qabiliyyətli əhalinin 90 faizindən çoxu işsiz qalıb.

Qəzzada 2025-ci ildə adambaşına düşən ÜDM 212 dollar təşkil edib ki, bu da 2022-ci il səviyyəsinin yalnız 17 faizidir. Kənd təsərrüfatı və sənayedə istehsal 94 faiz, tikinti sektorunda isə 99 faiz azalıb.

Hesabatda Qəzzanın kənd təsərrüfatı torpaqlarının 1,5 faizindən az hissəsinin əlçatan və zərər görməmiş qaldığı, bunun da əhalinin humanitar ərzaq yardımından asılılığını artırdığı qeyd olunur.

UNCTAD həmçinin İordan çayının qərb sahilində iqtisadi məhdudiyyətlərin və köçkünlük hallarının artdığını bildirib. Fələstin hökumətinin maliyyə vəziyyətinin də pisləşdiyi, 2025-ci ilin sonuna dövlət borcunun 4,8 milyard dollara çatdığı qeyd edilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər