Nepalda uçqun: 15 dağ bələdçisi həyatını itirdi | 1news.az | Xəbərlər
Dünya

Nepalda uçqun: 15 dağ bələdçisi həyatını itirdi

Oksana Orucova11:11 - Bu gün
Nepalda uçqun: 15 dağ bələdçisi həyatını itirdi

Nepalın Himlunq Himal dağında dırmanışa hazırlıq işləri aparan komandanın üzərinə uçqun düşüb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər qar kütləsinin altında qalaraq həyatını itirib.

Nepal Milli Dağ Bələdçiləri Assosiasiyasından verilən məlumata görə, ölkənin mərkəzi hissəsində yerləşən Himlunq Himal dağında həftəsonu baş verən uçqundan sonra aparılan axtarış-xilasetmə işləri zamanı 15 yerli dağ bələdçisinin meyiti tapılıb.

Bildirilib ki, uçqun payız mövsümündə bölgəyə gələcək xarici alpinist qrupları üçün marşrut üzrə ilkin hazırlıq işləri aparan komandanın üzərinə düşüb.

Assosiasiyanın sədri Tul Sing Qurunq tapılan meyitlərin hərbi helikopterlərlə paytaxt Katmanduya aparıldığını açıqlayıb.

Səlahiyyətlilər qar altında qaldığı ehtimal edilən son itkin əməkdaşa çatmaq ehtimalının azaldığını bildiriblər. Ağır qış və mürəkkəb relyef şəraiti səbəbindən axtarış-xilasetmə əməliyyatının başa çatdırılması mərhələsinə keçildiyi qeyd olunub.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər