Hesablama Palatasına yeni auditor təyin edilir

Hesablama Palatasına yeni auditor təyin edilməsi nəzərdə tutulur.
1news.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Söhbət Hafiz Mahir oğlu İsmayılbəylidən gedir.
Hazırda Palatanın 5 auditoru var.
Bundan başqa, iclasda "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə olunacaq.
76











