Elməddin Quluyev: Azərbaycanda 34 mal kateqoriyası üzrə təhlükəsizlik tələbləri müəyyənləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elməddin Quluyev: Azərbaycanda 34 mal kateqoriyası üzrə təhlükəsizlik tələbləri müəyyənləşdirilib

Qafar Ağayev12:05 - Bu gün
Elməddin Quluyev: Azərbaycanda 34 mal kateqoriyası üzrə təhlükəsizlik tələbləri müəyyənləşdirilib

“Azərbaycanda 1200-dən çox mal növünü əhatə edən 34 mal kateqoriyası üzrə təhlükəsizlik tələbləri müəyyənləşdirilib”. 

1news.az xəbər verir ki,  bunu “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirlərində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev deyib.

“Məhsulların keyfiyyəti ilə təhlükəsizliyinə dair tələbləri fərqləndirmək vacibdir.

O bildirib ki, keyfiyyət məsələləri standartlarla, məhsulların təhlükəsizliyi isə texniki reqlamentlərlə tənzimlənir.

"Media qurumlarından agentliyə çoxsaylı sorğular daxil olur. Bəzən məhsulun keyfiyyət standartlarına uyğun olub-olmaması ilə bağlı suallar verilir. Halbuki, əsas məsələ həmin məhsulun istehlak bazarında təhlükəsiz olub-olmaması, istehlakçının həyatına və sağlamlığına mənfi təsir göstərib-göstərməməsidir. Bu baxımdan texniki reqlamentlərin rolu mühümdür.

Texniki reqlament malların təhlükəsizliyinə dair məcburi tələbləri müəyyən edir. İstehsalçı və ya idxalçı məhsulun bu tələblərə uyğun olduğunu bəyan edə bilər. Lakin istehlakçının buna əmin olması üçün uyğunluğun qiymətləndirilməsi mexanizmləri mövcuddur. Bu prosedurlar akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir".

 

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər