1news.az

Aqro-vest DC ordumuza dəstəyi davam etdirir - FOTO

24 Oktyabr saat 13:48 ~ 1 dəqiqəlik oxu 2590
Aqro-vest DC ordumuza dəstəyi davam etdirir - FOTO

Aqro-vest DC MMC ordumuzun şəxsi heyəti üçün 41241.64 manat dəyərində, 113362 ədəd müxtəlif növ sabunlardan ibarət pay göndərib.

Əks-hücum əməliyyatlarına start veriləndən bu günə kimə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının birliyinə bir daha şahid olur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib bu şərəfli döyüşdə ədalətin zəfər qazanması üçün səfərbər olub!

​​​Aqro-vest DC MMC şirkəti öz növbəsində əks hücüm əməliyyatları başlayan ilk günlərdən ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmiş, bundan başqa şəxsi heyət üçün müxtəlif geyim, tütün və şəxsi gigiyena vasitələri ilə təmin etmişdir. Bu gün şirkət dəstəyinin davamı olaraq, şəxsi heyət üçün 41241.64 manat dəyərində, 113362 ədəd müxtəlif növ sabunlardan ibarət partiyanı təqdim etmişdir.

Aqro-vest DC MMC-nin rəhbərliyi: “Əvvəlcədən də bildirdiyimiz kimi biz daimi olaraq imkanlarımızı və ehtiyacları dəyərləndirib dəstəyimizi davam etdirəcəyik! Bu bizim borcumuzdur! Şirkətimiz hər zaman olduğu kimi Ali Baş Komandanın daha güclü Azərbaycan amalına sadiqliklə fəaliyyətini davam etdirir! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net