Şirvan, İsmayıllı, Lənkəran və Xocavənddə ağaclar qanunsuz kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan, İsmayıllı, Lənkəran və Xocavənddə ağaclar qanunsuz kəsilib

Qafar Ağayev17:55 - Bu gün
Şirvan, İsmayıllı, Lənkəran və Xocavənddə ağaclar qanunsuz kəsilib

Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri, İsmayıllı, Lənkəran və Xocavənd rayonlarının ərazilərində ağacların qanunsuz kəsilməsi halları müəyyən edilib.

Araşdırmalar zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndində, Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində, eləcə də Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 43 150 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Qeyd olunub ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər