AXCP-nin biabırçı “iclası”: Bu dəfə müsavatçılar təhqir olundu – VİDEO – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

AXCP-nin biabırçı “iclası”: Bu dəfə müsavatçılar təhqir olundu – VİDEO – TƏHLİL

13:38 - 11 / 06 / 2020
AXCP-nin biabırçı “iclası”: Bu dəfə müsavatçılar təhqir olundu – VİDEO – TƏHLİL

AXCP-nin Rəyasət Heyətinin 29 aprel tarixində videokonfrans formatında keçirilmiş iclasının görüntüsü yayılıb.

İclasda iştirak edən partiya üzvləri Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər və partiyanın sıravi üzvləri haqqında “ləyaqətsiz”, “şərəfsiz”, “alkaş” və s. bu kimi təhqiramiz ifadələr işlədiblər.

Konkret olaraq tanınmış müsavatçı Mustafa Hacıbəylinin barəsində “daban daşı” ifadəsi işlədilib.

Qeyd edək ki, son vaxtlar radikal müxalifətin onlayn müzakirələrində ədəbsiz çıxışların edilməsi tendensiyası artıb.

Siyasətlə məşğul olan, özlərinin dediyi kimi milli maraqlardan çıxış edən bu cür insanların söyüş dili ilə danışmaları anlaşılan deyil. Siyasi etika deyilən bir anlayış var və həmin anlayışa görə siyasi rəqiblərinə qarşı hörmətlə yanaşmalı, onların ünvanına təhqiramiz, qeyri-etik ifadələr səsləndirməməlisən. Görünür radikal müxalifətdə təmsil olunanların bundan ya xəbərləri yoxdur, ya da özləri bilərəkdən rəqiblərini, onlara müxalif olanları təhqir etməkdən çəkinmirlər.

Müşahidələr göstərir ki, söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər radikal müxalifətin əxlaq probleminin oldugunu tam sübuta yetirir.

Şər, böhtan, qarayaxma üslübü ilə seçilən radikal düşərgə indi də öz leksikonunu küçə söyüşləri ilə zənginləşdirib. Adları indiyə qədər cəmiyyətə məlum olmayan şəxslərin simasında müxalifət özünə yeni silahdaşlar tapıb.

Xatırladaq ki, bir müddət öncə Milli Şura rəhbərlərinin iştirakı ilə keçirilən onlayn konfransın iştirakçılar tərəfindən qeyri-ənənəvi oriyentasiya nümayəndələri təhqir olunub.

Gültəkin Hacıyeva keçmiş radio aparıcısı İsmayıl Cəlilovun Milli Şuraya qarşı tənqidinə cavab olaraq onu “qomik” adlandırıb.

Rafiq Manafov isə daha da irəli gedərək  İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırdı və kədərli şəkildə 40-cı illərdə Hitlerin bütün geyləri öldürməməsindən təəssüfləndiyini söyləyib.

Ətraflı oxuyun:

Siyasi deqradasiya: Milli Şura Hitlerin geyləri məhv etməməsindən niyə təəssüflənir - FOTO - VİDEO

Tanınmış tarixçi professor Altay Göyüşov da radikalçıların hədəfindən yayınmayıb. Belə ki, Milli Şuranın vidokonfranslarının birində Altay Göyüşovla bağlı müzakirələr aparılıb.

Gültəkin Hacıbəyli və Rahim Hacıyev Altay Göyüşovu təhqir edərək, onu saxta professor adlandırıblar.

Gültəkin Hacıbəyli Altay Göyüşovun ABŞ-da yaşayan Sevinc Osmanqızını təhqir etdiyini bildirib: “Ramiz Yunus “Osmanqızı” kanalında Altay haqqında fikirlər səsləndirib. Altay Göyüşov da Sevinc haqqında çox pis yazıb”.

“Azadlıq” qəzetinin sabiq baş redaktoru Rahim Hacıyev isə Altay Göyüşovu ağır təhqir edib: “O, oyunlar içindədir. Alim və tədqiqatçı adam belə şey etməlilidir. Bu qədər tərbiyəsizlik, səviyyəsizlik etmək olmaz. Onda ciddi psixoloji problemlər olduğu görsənir. O özünə çox vurğun adamdır”.

Rafiq Manaflı isə Altay Göyüşovun dayaz adam olduğunu, əllaməlik etdiyini bildirib. Milli Şuranın digər üzvü Qənimət Zahid də Altay Göyüşovu tərbiyəsiz adam adlandırıb.

Belə nəticəyə gəlmək olar ki, şəxsi maraqları naminə bütün müqəddəs dəyərləri tapdalayan, hətta bir cəbhədə dayandıqları insanları belə təhqir etməkdən çəkinməyən dairələr öz məqsədlərinə çatmaq üçün hər bir vasitəyə əl atırlar.

Görünür, milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu insanlar ictimai rəydə ikrah hissi doğuran iyrənc propoqanda metodları ilə gündəmdə qalmağa çalışırlar.

1news.az

Paylaş:
688

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər