Azərbaycan Beynəlxalq Bankı Mobil tətbiqini mərhələli yeniləyir! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Beynəlxalq Bankı Mobil tətbiqini mərhələli yeniləyir!

14:20 - 20 / 05 / 2020
Azərbaycan Beynəlxalq Bankı Mobil tətbiqini mərhələli yeniləyir!

Azərbaycan Beynəlxalq Bankı müştəri məmnuniyyəti yaradacaq daha bir innovativ yeniliyini bazara təqdim edib. Bank yenilənmiş Mobil tətbiqini mərhələli şəkildə istifadəyə buraxıb.

Bu cür mərhələli yanaşma IBA Mobile tətbiqinin müştərilərin istəklərinə tam uyğunlaşdırılması məqsədindən irəli gəlir. Belə ki, mobil əlavədən ilk mərhələdə məhdud sayda müştəri qrupu istifadə edəcək. Yenilənmə təklifi iOS və Android sistemlərinin iş məntiqi ilə müştəri qrupuna avtomatik göndəriləcək. Təkmilləşdirmə mərhələsində istifadəçi müştərilərlə interaktiv kommunikasiya əsasında onlardan gələn bütün rəylər, təcrübələr toplanaraq təhlil ediləcək. İrad və təkliflər nəzərə alınmaqla IBA Mobile daha da təkmilləşdirilərək tədricən kütləvi istifadəyə buraxılacaq. Bir aylıq təkmilləşdirmə mərhələsindən sonra yeni mobil tətbiqdən Azərbaycan Beynəlxalq Bankının bütün müştəriləri faydalana biləcək. Müştərilər IBA Mobile tətbiqi ilə bağlı rəylərini mobil əlavəni açıb telefonu astaca silkələməklə monitorda yaranan pəncərədə qeyd edə bilərlər.

IBA Mobile tətbiqinin başlıca üstünlüyü son dərəcə sürətli işləməsi, qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi, funksiyalarının çoxluğudur.  IBA Mobile ilə müxtəlif onlayn ödənişlər aparmaq, köçürmələr etmək, hesabı nəzarətdə saxlamaq, çıxarışlar almaq və s. bir çox digər bank xidmətlərindən faydalanmaq olar. Mobil tətbiqin adı, loqosu, görünüşü də yenilənib. IBA Mobile tətbiqindən istifadə pulsuzdur. Müştərinin bu imkandan faydalana bilməsi üçün Azərbaycan Beynəlxalq Bankında kart və ya cari hesabının olması kifayətdir. Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin bütün istifadəçilərini öz rəyləri ilə mobil əlavənin təkmilləşdirilməsinə töhfə verməyə çağırır.

Reklam hüququnda

Paylaş:
530

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər