“Azəriqaz” az işçi ilə maksimum işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz” az işçi ilə maksimum işləyəcək

17:05 - 28 / 03 / 2020
“Azəriqaz” az işçi ilə maksimum işləyəcək

Məlum olduğu kimi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVİD -19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Xəstəlikdən vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. “Azəriqaz” İstehsalat Birliyi də Hökumətin tələb və tövsiyələrini nəzərə alaraq bir qrup işçi üçün növbədənkənar məzuniyyət qrafiki tərtib edib.

1news.az-ın məlumatına görə, birliyin strukturuna daxil olan bütün təşkilatların rəhbərləri və onların müavinləri, növbəli iş rejimi və ya iş qrafiki ilə işləyən işçilər növbədənkənar məzuniyyətə göndərilməyəcək. Lakin yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək. Bundan başqa məzuniyyət siyahısı tərtib edilərkən işə çıxarılması zəruri hesab edilməyən digər şəxslər, yəni evdən çalışması mümkün olan və ofisə gəlmədən də evdən işləyə bilən işçilərə üstünlük verilib. Yəni Birlik sabahdan etibarən daha az işçi qüvvəsi ilə maksimum işləmək imkanlarını səfərbər edir.

Onu da qeyd edək ki, bu qərar təkcə ştat cədvəli ilə çalışanlar deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da (başqa sözlə sosial yardım alan fərdi sahibkarlar) şamil olunur.

1news.az

Paylaş:
636

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər