Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı - Afra və Melisa da saxlanıldı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı - Afra və Melisa da saxlanıldı

First News Media12:19 - Bu gün
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı - Afra və Melisa da saxlanıldı

Türkiyədə narkotik əməliyyatı zamanı Afra Saraçoğlu və Melisa Şenolsun da saxlanılıb

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik araşdırması çərçivəsində 18 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Afra Saraçoğlu, Melisa Şenolsun, Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Yeliz Yeşilçimen və reper Sefo da var.

Bakırköy Baş Prokurorluğunun araşdırma ilə bağlı açıqlamasında bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyinə təhdid yaradan narkotik maddələrlə mübarizə çərçivəsində aparılan istintaq zamanı ictimaiyyətə aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, narkotik maddələrin istifadəsini asanlaşdırdığı və ya bunun üçün məkan təmin etdiyi barədə əsaslı şübhəni təsdiqləyən dəlillər əldə olunub.

Açıqlamada qeyd edilib ki, 18 sentyabr 2026-cı il tarixində İstanbul İl Jandarma Komandanlığına 18 şübhəlinin saxlanılması, onların evlərində axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınmasından sonra Baş Prokurorluğa gətirilməsi ilə bağlı göstəriş verilib.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər