Sabirabadda körpə ölü doğulub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda körpə ölü doğulub - YENİLƏNİB

First News Media17:19 - Bu gün
Sabirabadda körpə ölü doğulub - YENİLƏNİB

Sabirabad rayonunda 2007-ci il təvəllüdlü şəxs (qadın) 38-39 həftəlik hamiləlik səbəbilə 13.09.2026-cı il tarixində saat 23:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ölü döl ana bətnindən xaric olunub.

Hazırda pasiyentin müalicəsi Doğum şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

 

 

 

10:44

Sabirabadda uşaq ölü doğulub.

1news.az APA-ya istinadən xəbər verir ki, Sabirabad doğum evində rayon sakini, 38-39 həftəlik hamiləlik dövrü olan 2007-ci il təvəllüdlü Ə. Soltanova doğuş zamanı ölü uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər