“Azərişıq” son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO+VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO+VİDEO

10:47 - 25 / 09 / 2020
“Azərişıq” son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO+VİDEO

“Azərişıq”ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman təəssüflər olsun ki, yenə də bəzi abonentlər tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın ciddi pozuntu halları aşkarlanıb.

Bu barədə 1news.az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

Məlumata görə, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb.
Son günlər 19 belə faktla bağlı barələrində müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Aşkarlanan qüsurlarla əlaqədar son faktları təqdim edirik.
1. Paytaxtın Xətai rayon sakini Səmədov Rəşid- fərdi yaşayış evinə məxsus sağac keçən yükü qeyd etmir. Nəticədə müəyyən olundu ki, sayğacın daxilinə pultla idarə olunan qurğu yerləşdirilib.
2. Paytaxtın Nizami rayon sakini Məmmədov Kəramət- fərdi yaşayış evinə məxsus sayğac yerində yoxdur və işlədicilər şəbəkəyə birbaşa qoşulub.
3. Bakının Xəzər rayon sakini Səfərov Nazim - baxış keçirilən zaman məlum olub ki, abonentin fərdi koduna uyğun dövlət nişanlı sayğac yerində yoxdur,əvəzinə həmin kodda başqa sayğac quraşdırılıb.
4. Xırdalanda Şükr və Rafael Məmmədrzayev qardaşlarına məxsus Ticarət obyektinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Elektrik enerjisindən xəttdən kənar istifadə edilir.
5. Sumqayıt şəhər sakini Nəcəfov Məhərrəmə məxsus obyektə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Nəticədə müəyyən olundu ki, sayğac yanıb, işlədicilər şəbəkəyə birbaşa qoşulub.
“Hər bir istehlakçı bilməlidir ki, uçot cihazlarına müdaxilə olduğu zaman bu hal sayğacın yaddaş kartı tərəfindən qeydə alınır və laborator qaydada müasir proqramların köməyi ilə müdaxilənin tarixi və forması çox asanlıqla müəyyən edilir. Odur ki, bu gün aşkarlanmayan qüsur yoxdur. İstehlakçılarımıza bir daha tövsiyə edirik ki, bu tipli neqativ hallardan çəkinməklə qanun pozuntularına yol verməsinlər! Çünki, bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada bundan sonra da müraciətlər ünvanlanacaq. Hüquq mühafizə orqanlarına da təşəkkür edirik, anındaca müraciətlərə reaksiya verib, tədbirlər görürlər. Qanunsuz yola baş vuranların adları isə mütəmadi olaraq mediaya təqdim olunacaq”- deyə V.Mustafayev əlavə edib.


Qafar Ağayev

Paylaş:
451

Son xəbərlər

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59
Bütün xəbərlər