Gürcüstanda yenə işıqlar sönüb
Gürcüstanda yenidən elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb.
1news.az report-a istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində Bakı vaxtı ilə 08:10-dan etibarən işıqlar sönüb.
TASS isə hazırda paytaxt Tbilisi,eləcə də Ozurgeti, Poti və Rustavidə işıq olmadığını açıqlayıb.
Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bundan əvvəl iyulun 24-nə keçən gecə Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranmışdı.
67












