“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları təqdim olundu – FOTO | 1news.az | Xəbərlər
İdman

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları təqdim olundu – FOTO

15:58 - 13 / 02 / 2017
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları təqdim olundu – FOTO

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi fevralın 13-də “Bakı-2017”nin rəsmi talismanlarını ictimaiyyətə təqdim edib.

1news.az-ın məlumatına görə, Azərbaycanın milli sərvəti, gözəlliyi ilə göz oxşayan Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olacaq. İncəliyi və cəsurluğu özündə əks etdirən Qarabağ atları Oyunların təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, “Bakı-2017”nin simaları olacaqlar.

“İncə” zəriflik və gözəllik nümunəsi olmaqla yanaşı, incəliyi, məlahəti ilə diqqəti cəlb edir, özündə milliliyi və müasirliyi qovuşdurur.

Məharətli, mərd və məqsədyönlü “Cəsur” digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır.

Bu gündən etibarən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olan “İncə” və “Cəsur” Oyunlardan əvvəl və yarışlar zamanı vətəndaşlarımızı Oyunların bir parçası olmağa ruhlandıracaq, ölkəmizin bütün ərazisində əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.

Qeyd edək ki, hazırda talismanların illüstrasiyası yaradılıb. “İncə” və “Cəsur” tezliklə animasiyalı, eləcə də real görünüşdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.

1news.az

 

Paylaş:
1537

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər