Azərbaycan U-21 millisi Bolqarıstanla səfər oyununa çıxır | 1news.az | Xəbərlər
İdman

Azərbaycan U-21 millisi Bolqarıstanla səfər oyununa çıxır

Qafar Ağayev09:04 - Bu gün
Azərbaycan U-21 millisi Bolqarıstanla səfər oyununa çıxır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

1news.az-ın məlumatına görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər