İnfantino və Məmmədov Antalyada yoldaşlıq oyunu öncəsi İran millisi ilə görüşüblər - FOTO | 1news.az | Xəbərlər
İdman

İnfantino və Məmmədov Antalyada yoldaşlıq oyunu öncəsi İran millisi ilə görüşüblər - FOTO

09:59 - Bu gün
İnfantino və Məmmədov Antalyada yoldaşlıq oyunu öncəsi İran millisi ilə görüşüblər - FOTO

FİFA prezidenti Canni İnfantino İranın futbol üzrə milli komandasının oyunçuları və rəhbərliyi ilə görüş keçirib.

1news.az xəbər verir ki, görüşdə FİFA-nın milli assosiasiyalarla iş üzrə direktoru vəzifəsini tutan Elxan Məmmədov da iştirak edib.

Danışıqlar Antalya şəhərində baş tutub. Burada İran millisi Kosta-Rika yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununa hazırlaşır. Futbolçularla yanaşı, İnfantino İran İslam Respublikası Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi, federasiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Omid Camali və komandanın baş məşqçisi Əmir Qalenoeyi ilə də görüşüb.

FİFA rəhbəri “Tim Melli”ni 2026-cı il dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib. Onun sözlərinə görə, ölkəni dünya səhnəsində təmsil etmək böyük məsuliyyətdir və o, futbolçuları azarkeşlərini ruhlandırmaqda davam etməyə çağırıb.

İnfantino həmçinin vurğulayıb ki, FİFA komandanın turnirə hazırlığı prosesində hərtərəfli dəstəyini davam etdirəcək.

“Futbol birləşdirir və ən çətin şəraitdə belə ümid verir”, - deyə o qeyd edib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər