1news.az

Bakı Uşaq Teatrı mövsümü “Sehrli tütək”lə açacaq

18 Sentyabr saat 17:20 ~ 1 dəqiqəlik oxu 89
Bakı Uşaq Teatrı mövsümü “Sehrli tütək”lə açacaq

Bakı Uşaq Teatrı yeni mövsümü sentyabrın 21-də açacaq. Açılışda teatrın repertuarında yeni olan “Sehrli tütək” tamaşası nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi, İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Rauf Hüseynli, Mehman Piriyev, Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir.

Müddəti 1 saat olacaq səhnə əsəri Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət sarayında təqdim olunacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net