AQTA Bakıda çörək sexində nöqsanlar aşkarladı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA Bakıda çörək sexində nöqsanlar aşkarladı - VİDEO

1news Redaksiyası16:29 - 09 / 09 / 2026
AQTA Bakıda çörək sexində nöqsanlar aşkarladı - VİDEO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər