Naxçıvanda “bitum” yükündən 45 kiloqram metamfetamin çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda “bitum” yükündən 45 kiloqram metamfetamin çıxdı

First News Media15:42 - Bu gün
Naxçıvanda “bitum” yükündən 45 kiloqram metamfetamin çıxdı

Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Bildirilib ki, “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “don halda bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd “kərpic” formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər