Rusiya Ukraynanın liman və logistika obyektlərinə zərbələr endirib | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ukraynanın liman və logistika obyektlərinə zərbələr endirib

First News Media16:35 - Bu gün
Rusiya Ukraynanın liman və logistika obyektlərinə zərbələr endirib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın limanlarına, gəmilərinə, hərbi sənaye və logistika obyektlərinə qarşı hücumları davam etdirdiyini bildirib.

1news.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.

Açıqlamada Rusiya ordusunun Ukraynanın limanlarına, gəmilərinə, hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələri davam etdirdiyi bildirilib.

Qeyd olunub ki, gecə saatlarında Kiyev şəhərində pilotsuz uçuş və dəniz aparatlarının istehsal olunduğu obyekt vurulub.

Açıqlamada Nikolayev şəhəri və Nikolayev vilayətində yanacaq və hərbi materialların saxlanıldığı 3 yük terminalının, 5 logistika mərkəzinin, həmçinin Nikolayev limanındakı yanacaq çənlərinin və limanın fəaliyyətini təmin edən transformator yarımstansiyasının hədəfə alındığı qeyd edilib.

Odessa limanına keçid edən gəmilərin və “Starokazaçye” sərhəd-keçid məntəqəsindəki logistika obyektlərinin də vurulduğu bildirilib.

Məlumata görə, hücumlar qurudan və havadan yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

Krasnodar vilayətinə PUA hücumu

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Ukraynanın vilayət ərazisinə PUA-larla hücum etdiyini bildirib.

Kondratyev sosial media hesabında bununla bağlı açıqlama verib.

O, Ukrayna ordusunun gecə saatlarında Krasnodar vilayətinə PUA-larla hücum etdiyini bildirib. Qubernatorun sözlərinə görə, hücum nəticəsində vilayətin müxtəlif şəhərlərində mülki infrastruktur obyektlərinə ziyan dəyib.

“Saldırı nəticəsində Novorossiysk şəhərində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 29 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır”, - deyə Kondratyev bildirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında isə gecə saatlarında Ukraynaya məxsus 600-ə yaxın PUA-nın müxtəlif bölgələr üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər