Baş prokurora müavinlər təyin edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokurora müavinlər təyin edildi

17:40 - 21 / 05 / 2020
Baş prokurora müavinlər təyin edildi

Prezident İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad ediliblər.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Nəzərinizə çatdıraq ki, Elçin Məmmədov 1993-cü ildən prokurorluq orqanlarında işləyir. O, Azərbaycan Nəqliyyat prokurorluğunda böyük müstəntiq və şöbə prokuroru, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror-kriminalist, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Gəncə şəhər prokurorunun müavini və Lənkəran rayon prokuroru vəzifələrində çalışıb.

Elmar Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

Nazim Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir.

Baş prokuror cənab Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılmışdır.

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

1news.az

Paylaş:
463

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər