Böhran, xaos arzusunda olanlar və ya Milli Şura özünü necə ifşa edir - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Böhran, xaos arzusunda olanlar və ya Milli Şura özünü necə ifşa edir - TƏHLİL

16:51 - 16 / 06 / 2020
Böhran, xaos arzusunda olanlar və ya Milli Şura özünü necə ifşa edir - TƏHLİL

Milli Şuranın Zoom proqramı vasitəsilə keçirdiyi virtual yığıncaqlara baxdıqda belə qənaətə gəlmək olar ki, bu qurum ətrafında toplaşanların bir çoxu ölkəmizin uğursuzluğuna sevinənlərdir.

Keçirdikləri son videoyığıncaqda onların hansı mədəniyyətə, “mənəviyyata” sahib olduqlarını, ölkənin və xalqın taleyüklü məsələlərinə necə laqeyd yanaşdıqlarının bir daha şahidi olduq.

İclasda Gültəkin Hacıbəyli “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin” - deyə bildirir. Cəmil Həsənli isə “Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm” - deyə vurğulayır.

Bu xəbəri eşitdikdən sonra onların sevinci, qəhqəhə çəkib gülməsi ictimaiyət arasında iddi narazılıqla qarşılanıb. Sosial şəbəkədə isə videogörüntü belə şərh edilir:

- “Bunların bir adı var - düşmən !”

- “Gərək nə qədər xain olasan ki, öz xalqının qazancının azalmasına belə ürəkdən sevinəsən”.

- “Heç xəcalət çəkmirsiniz sizin kimilər ancaq özünü fikirləşir .... niyə bu torpaq sizi götürür...”.

Bəli, Milli Şuranın üzvləri neftin qiymətinin düşməsi xəbərinə az qala uşaq kimi sevinirlər. Bəs, bu sevincin səbəbi nədir? Onlar hesab edir ki, Azərbaycanda xalq nə qədər ac olsa, onların iqtidara gəlmək şansı bir o qədər yüksəlir. Ona görə də belə şeylərə sevinirlər...

Neftin qiymətinin düşməsinə sevinənlər bir şeyi unudurlar ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri sevinə bilər.

Hər kəsə yaxşı məlumdur ki, ölkəmizin gəlirlərinin böyük hissəsi neft atışından gəlir. Milli Şurada təmsil olunanlar da bunu bilməmiş deyillər. Belə olan halda onların neftin qiymətinin aşağı düşməsinə sevinmələrini anlamaq olmur.

Görünür Milli Şuradakılar “Ölkə üçün nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipi ilə yaşayırlar. Buna görə də hakimiyyətə gəlmək üçün ölkədə böhran, xaos yaranmasını arzulayırlar.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, dünyanın heç bir ölkəsində müxalifət milli maraqlarla əlaqəli məsələlərdə radikal mövqe tutmur:

“Təəssüf ki, “müxalifət”, “milli şura” adlanan qurum və onun ətrafındakı radikal düşüncəli insanlar bütün məsələlərdə, o cümlədən Azərbaycan iqtidarı ilə birbaşa əlaqəsi olmayan məsələlərdə Azərbaycan hakimiyyətini günahlandırırlar. Onlar hətta milli maraqlara söykənən məsələlərdə də müxalif mövqe nümayiş etdirir, dövlət maraqlarına zidd olan bəyanatlar səsləndirməkdən belə çəkinmirlər. Onların yeganə məqsədi ictimai rəyi manipulyasiya etməklə ümumi maraqlara zərər verməkdir”.

Azərbaycan iqtisadiyyatının böyük bir hissəsini neft təşkil etdiyini deyən millət vəkilinin sözlərinə görə, yalnız Azərbaycan xalqının rifahını istəməyən pis insanlar neftin qiymətinin düşməsinə sevinə bilər:

“Neft strateji bir amildir və dünya bazarlarında neftin qiymətindəki dalğalanmalar qlobal tendensiyalarla əlaqəlidir.

Məlumdur ki, neft Azərbaycan iqtisadiyyatının böyük bir hissəsini təşkil edir və neft gəlirləri vətəndaşların rifahına birbaşa təsir göstərir. Yalnız Azərbaycan xalqının rifahını istəməyən pis insanlar neftin qiymətinin düşməsinə sevinə bilər.

“Milli Şura” üzvlərinin neftin qiymətinin aşağı düşməsinə belə reaksiyası bir daha göstərir ki, bu qruplaşmalar Azərbaycan xalqının deyil, anti-Azərbaycan və ermənipərəst mərkəzlərin maraqlarını qoruyur.

Hesab edirəm ki, neftin qiymətinin düşməsi yalnız erməniləri və Cəmil Həsənlinin və dostlarının timsalında radikal müxalifəti sevindirə bilər”.

Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, ötən iki ay ərzində sosial şəbəkələr üzərindən yayılan və Milli Şuranın Koordinasiya Mərkəzinin toplantılarını əks etdirən videogörüntülər bu qurumun bütün mahiyyətini ortaya qoyur:

“Ölkə mediası, siyasi ekspertlər Milli Şura adlanan qurumun perespektivsizliyi, ictimaiyyət arasında dayaqlarının olmaması, fəaliyyətinin ölkə və xalqa fayda gətirmədiyini uzun illərdir ki, yazırlar. Bənzər fikirlər MŞ təsis edilən andan, 2012-13-cü illərdən başlayaraq gündəmdə dolaşır. Amma onlar inkar edir, deyirdilər ki, guya bu fikirlər subyektivdir, rəqabətdən irəli gəlir. İndi durum fərqlidir, ənənəvi arqumentləri işə yaramır. Çünki bu dəfə danışan özləridirlər. Barələrində ən neqativ rəyi özləri yaradırlar. Ortaya çıxan görüntülər bu baxımdan daha dəhşətlidir, üzücüdür”.

M.Ələsgərli Milli Şurada təmsil olunan şəxslərin xalqı, dövləti qlobal böhranlardan xilas edəcək heç bir strategiyaya malik olmadıqlarını da söyləyib:

“Bu barədə heç düşünmürlər də. Əksinə, xaos və böhran onların işinə yarayır. KM üzvünün şifrəli danışığının açması budur ki, böhran dərinləşdikcə, əhalinin incikliyi artacaq, bu da danışmaq, gündəmdə olmaq üçün Milli Şuraya mövzu verəcək. Sevinirlər ona görə ki, böhran olduqca, gündəmdə qalacaq, danışmağa söz tapacaqlar. Strategiyaları böhrana xidmət, niyyətləri xaos olan bir qüvvədirlər.

Xalq onları nə üçün arzulasın ki? Hətta bu, yeganə qüsurları deyil. Milli Şura MK-nın toplantılarından yayılan silsilə videogörüntülər deməyə əsas verir ki, onlar xalqın taleyinə biganə olduqları kimi, milli əxlaq və davranış qaydalarına da laqeyddirlər. Toplantılarının birində müttəfiq saydıqları şəxslərin qeybətini edirlər, dost saydıqlarını xərcləyirlər. Digər bir toplantıda başqa dəyəri ayaqlayırlar. Bu yolla xalqın gözündən düşür,  marginallaşırlar”.

1news.az

Paylaş:
878

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər