Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

15:44 - 14 / 01 / 2021
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

2021-ci ilin 14 yanvar tarixində Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ordu generalı Qamar Cavid Bacva Vətən müharibəsində böyük qələbəyə görə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı. Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və Pakistan ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və həmrəyliyi ifadə edib.

Nazir Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü bildirdi. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verdi. Həmçinin nazir Pakistan tərəfinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini birmənalı dəstəklədiyi və nümayiş etdirdiyi mənəvi dəstəyə görə qarşı tərəfə dərin təşəkkürünü ifadə etdi.

Tərəflər hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulandı.

Qafar Ağayev

Paylaş:
344

Son xəbərlər

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16
Bütün xəbərlər