Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır - FOTO

17:55 - 29 / 01 / 2020
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır - FOTO

AZƏRTAC və Çinin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Huawei” əlaqələri genişləndirəcək.

Əməkdaşlığın perspektivləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə “Huawei Azərbaycan” şirkətinin icraçı direktorunun müavini Yanq Zilonq və İdarəetmə Departamentinin satış meneceri Vu Xinin görüşündə müzakirə olunub.

Azərbaycan və Çinin dost ölkələr olduğunu qeyd edən Aslan Aslanov dövlətimizin Çin ilə əməkdaşlığın daim inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin aprelində Pekində “Huawei” kompaniyasının sədri Lian Xuanı qəbul edərkən İKT sahəsində şirkətlə əməkdaşlığın perspektivlərindən danışıb. Bu, dövlətimizin başçısının şirkətin Azərbaycandakı fəaliyyətinə verdiyi önəmin bariz göstəricisidir.

“AZƏRTAC ilə “Huawei” arasında əməkdaşlığın təməli bir neçə il əvvəl qoyulub. Agentliyimiz şirkətin ölkəmizdə həyata keçirdiyi bir sıra layihələrə informasiya dəstəyi verib. Əminəm ki, əlaqələrimiz daha da genişlənəcək və hər iki tərəf üçün faydalı olacaq”, - deyə sədr vurğulayıb.

Görüşdə AZƏRTAC və Çinin Sinxua agentliyi arasında sıx tərəfdaşlıq əlaqələrindən söhbət açılıb. Bildirilib ki, agentlik, eyni zamanda, yüz milyondan çox oxucu auditoriyası olan China Daily qəzeti ilə də mütəmadi informasiya mübadiləsi aparır. Azərbaycanda fəaliyyət göstərən Konfutsi İnstitutu AZƏRTAC-ın əməkdaşları üçün Çin dili kursları təşkil edib. Agentlik beş ildən çoxdur ki, Çin dilində informasiya yayır.

Şirkətin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən Yanq Zilonq deyib: “Məqsədimiz Azərbaycanda yeni texnologiyaların tətbiqinə, innovativ iqtisadiyyata keçid prosesinə töhfə verməkdir”. AZƏRTAC-ın informasiya dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini xatırladan Yanq Zilonq təmsil etdiyi şirkətin agentliklə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu söyləyib.

Söhbət zamanı yeni texnologiyaların mediaya təsirləri, AZƏRTAC və “Huawei” arasında əməkdaşlığın perspektiv istiqamətləri, əlaqələri yeni müstəviyə çıxarmaq üçün müqavilə imzalanmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
1550

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər