Deputat: Dövlət başçısının sərəncamı əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi sahəsində vacib addımdır | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Dövlət başçısının sərəncamı əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi sahəsində vacib addımdır

17:43 - 11 / 02 / 2019
Deputat: Dövlət başçısının sərəncamı əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi sahəsində vacib addımdır

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin martın 1-dən minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsinin möhkəmlənməsi sahəsində vacib addımdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Musa Quliyev bildirib:

Fevralın 8-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilib.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Bu da özəl və dövlət büdcəsindən maliyyəşən təşkilatlar olmaqla 600 min nəfərə şamil olunacaq.  

“Yaşayış minimuma ilə minimum aylıq əməkhaqqı arasında hər zaman fərq olub. Bu fərq bir sıra dövlətlərdə də mövcuddur. Bu fərqin aradan qaldırılması ilə Azərbaycanda bir sıra dövlət sektorunun əməkdaşlarının əməkhaqqı artırılacaq. Bu da əhalinin sosial müdafiəsinin möhkəmlənməsi sahəsində mühüm addımdır”, - deyə M.Quliyev bildirib.

Deputatın sözlərinə görə, Prezidentin sərəncamı bütün qruplardan olan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək olacaq:

“Bu sərəncan bir daha ölkə başçısının əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində diqqətini nümayiş etdirir”.

Onun sözlərinə görə, bütün dünyada əməkhaqqının və təqaüdlərin artırılması orta əməkhaqqı indeksləşdirilməsi üzrə aparılır:

“Azərbaycanda hər il əməkhaqqı, pensiya ödəmələri artırılır. Ölkə başçısının minimum aylıq əməkhaqqı ilə bağlı son sərəncamı bu addımın vacibliyini göstərir”.

Deputatın fikrincə, hazırki sənədin digər vacib məqamı qeyri-rəsmi məşğulluğun aradan qaldıraraq işəgötürənlə işçi arasında əmək müqaviləsinə təkan verəcək.

Qeyd edək ki,  dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasında daxildir:

- elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər; dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər; dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları; dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.); dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.

Həmçinin, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq. Dövlət başçısının yeni sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək.

Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaqdır.

Aydın Hüseynov: Minimum əməkhaqqının artırılması vətəndaşlara verilən dəyərin göstəricisdir

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
693

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər