Elektrik xəttində gərginlik: “Sahil” stansiyası işıqsız qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektrik xəttində gərginlik: “Sahil” stansiyası işıqsız qaldı

13:35 - 20 / 08 / 2019
Elektrik xəttində gərginlik: “Sahil” stansiyası işıqsız qaldı

Bu gün  metronun “Sahil” stansiyasında problem yaranıb.

1news.az "Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadla xəbər verir ki, hadisə 10:55 radələrində baş verib.

Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.

B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.

1news.az

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər