Hikmət Hacıyev: “Bakı-Naxçıvan reysləri ilə bağlı vətəndaşların sorğuları nəzərə alınır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: “Bakı-Naxçıvan reysləri ilə bağlı vətəndaşların sorğuları nəzərə alınır”

19:15 - 30 / 06 / 2020
Hikmət Hacıyev: “Bakı-Naxçıvan reysləri ilə bağlı vətəndaşların sorğuları nəzərə alınır”

“Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokada şəraitindədir. Naxçıvan Muxtar Respubliksında olan əhalimiz uzun illər bu blokadadan əziyyət çəkir. COVİD-19 reallığında da bu özünü göstərməkdədir. Ona görə də Ermənistan rəhbərliyi COVİD-19-dan və ya başqa humanitar məqamlardan danışdıqda onların siyasəti özünü bariz şəkildə göstərir”.

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O, bildirib ki, Naxçıvan Muxtar Respublikasında olan, həmçinin Bakıda olan Naxçıvan sakinlərinin gediş-gəlişi üçün təyyarə reysləri bərpa olunub.

“Bildiyiniz kimi bu təyyarə reysləri ilə əlaqədar dövlət tərəfindən ödənilməklə testlər götürülür. Test nəticələri neqativ olan vətəndaşların bu reyslərdən istifadəsinə icazə verilir. İlk zamanlar tələbin çox olduğu nəzərə alınaraq bu reyslərin sayı artırıldı. Nəzərə almaq lazımdır ki, əvvəllər İranla sərhədlər açıq olduğu üçün vətəndaşlarımız Naxçıvana avtomobillər bə avtobuslarla İrandan keçərək də gedirdilər. Aviasiya imkanları vasitəsi ilə bunu tam şəkildə etmək çətindir. Burada hava koridorları da açılmalıdır, bu hava koridorları digər ölkələr üzərindən həyata keçirilir. Vətəndaşlarımızın bu sorğuları nəzərə alınır”.  

Qafar Ağayev

Paylaş:
593

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər