1news.az

Hikmət Hacıyev və xarici diplomatlar Bərdə və Tərtərə gedir

29 Oktyabr saat 09:45 bir dəqiqəlik oxu 1940
Hikmət Hacıyev və xarici diplomatlar Bərdə və Tərtərə gedir

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

H.Hacıyev bildirib: "Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net