1news.az

İlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib – YENİLƏNİB

11 Dekabr saat 17:24 ~ 2 dəqiqəlik oxu 66
İlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uok Koreya Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi qeyd olundu. Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Koreya şirkətlərinin iştirakının iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycanda digər sahələrdə olduğu kimi, statistika sahəsində də islahatların aparıldığı qeyd edildi, Koreya Respublikasının bu sahədə qazandığı təcrübənin Azərbaycanda maraq doğurduğu bildirildi.

Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş etdi.

15:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

S.Xankişiyeva                                                                                                                                         

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net