İnklüziv “ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İnklüziv “ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edib

12:59 - 20 / 12 / 2017
İnklüziv “ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edib

Dekabrın 19-da Opera və Balet Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.

Nihad Qulamzadə bildirib ki, tamaşa Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanıb. Tamaşa insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. Tamaşanın baş prodüseri Nicat Qulamdır.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tamaşanın ümid və inam təbliğ etdiyini bildirib. Diplomat teatrın kollektivinin bu ideyanı tamamilə əhatə edə bildiyini söyləyib. O, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın da digər insanlar kimi cəmiyyətə töhfə vermə və mədəniyyəti zənginləşdirmə potensialına sahib olduğunu xatırladıb. Diplomat əslində bu teatra yardım etməyi özünə borc bildiyini söyləyib.

“Məqsədimiz “ƏSA” Teatrı vasitəsilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların hüquqlarını və rifahını cəmiyyətin və inkişafın bütün sahələrində təşviq etmək, əlilliyi olan insanlar haqqında siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində məlumatlılığı artırmaqdır”, - deyə səfir vurğulayıb.

Səhnə əsərində rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev canlandırıblar. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirib.

Tamaşa maraqla qarşılanıb.

1news.az

Paylaş:
1204

Son xəbərlər

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:53
Bütün xəbərlər