“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti Monteneqroda səfərdədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti Monteneqroda səfərdədir – FOTO

10:46 - 09 / 08 / 2019
“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti Monteneqroda səfərdədir – FOTO

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Baş katibi, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli Monteneqro Respublikasında səfərdədir.

Birliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, təşkilatın nümayəndə heyəti Azərbaycanın Serbiya Respublikasındakı səfirliyinin dəstəyi ilə Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra mühüm görüşlər keçiriblər.

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovla baş tutan görüşdə Azərbaycanın xarici siyasət prioritetləri, gənclər siyasəti sahəsində həyata keçirilən işlərdən söhbət açılıb.

Birliyin nümayəndə heyəti Azərbaycanın Monteneqrodakı Daimi Nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin rəhbəri Mahir Cəfərovla görüşdə Azərbaycan gənclərinin və mediasının Monteneqro ilə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Heyət daha sonra Monteneqro – Azərbaycan Mədəni və İqtisadi Mərkəzində olublar. Mərkəzin direktoru Seyran Mirzəzadə ilə görüşdə Azərbaycanla Monteneqro arasındakı münasibətlərin mövcud vəziyyəti və görülməsi zəruri olan işlər ətrafında müzakirələr aparılıb.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Baş katibi Hacıbəy Heydərlinin növbəti görüşü Monteneqro Geopolitika Mərkəzinin rəhbəri, prof. Dr. Jivko Andriyaşeviç və Monteneqro Türkiyə Məzunları Birliyinin sədri Erdan Seferoviçlə baş tutub.

Monteneqro Dövlət Diaspora İdarəsinin direktor müavini İvan Yovoviçlə görüşdə isə iki ölkənin diasporla iş sahəsində təcrübəsi və mümkün layihələr ətrafında mühüm müzakirələr aparılıb.

Səfər davam edir.

Qeyd edək ki, səfərin baş tutmasına Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, iş adamı Füzuli Məmmədov təşkilatı dəstək verib.

1news.az

Paylaş:
1819

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər