Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələnib

16:16 - 04 / 04 / 2020
Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələnib

Ötən gün karantin rejimi ilə bağlı 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2 189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə yaydığı məlumatda deyilir.

Məlumata görə, 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 15-i rayon, 111-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 4-ü rayon, 31-i paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 48-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 108, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 180 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 750 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 18 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər