MDB müşahidə missiyasının rəhbəri: Azərbaycan MSK azad seçkilərin təşkili üçün çox iş görüb | 1news.az | Xəbərlər
Siyasət

MDB müşahidə missiyasının rəhbəri: Azərbaycan MSK azad seçkilərin təşkili üçün çox iş görüb

10:23 - 09 / 02 / 2020
MDB müşahidə missiyasının rəhbəri: Azərbaycan MSK azad seçkilərin təşkili üçün çox iş görüb

“Mərkəzi Seçki Komissiyası (MSK) və məntəqə seçki komissiyaları seçkilərin mütəşəkkil, açıq və azad keçirilməsini təmin etmək üçün çox böyük işlər görüb”.

“Report” xəbər verir ki, bunu MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski deyib.

Onun sözlərinə görə, komissiyalar işini yaxşı bilir və hər şeyi milli qanunvericiliyə uyğun edir.

V.Quminski bildirib ki, bu gün Azərbaycanda keçirilən seçkilərdə çox sayda namizəd qeydə alınıb: “Namizədlərin sayı ötəndəfəkindən, demək olar, 2 dəfə çoxdur. Bu, əhalinin qanunverici orqana inamın artdığını və vətəndaşların ölkənin taleyinə, çiçəklənməsinə biganə qalmadığını göstərir”.

Onun sözlərinə görə, seçkilərə hazırlıq sakit şəraitdə keçib.

“İşimizə yanvarın 19-da başladıq – bu, uzunmüddətli missiyadır. Ümumilikdə, heyətimizdə 8 ölkədən 252 müşahidəçi var. Yalnız məlum səbəblərə görə, Ukrayna və Ermənistandan müşahidəçi yoxdur. Müşahidələrimiz Azərbaycanın 20-dən çox bölgəsində olub. Şəxsən mən Qubada olmuşam, dünən də Şamaxıda idim”, - missiya rəhbəri söyləyib.

S.Xankişiyeva

 

Paylaş:
420

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər